Skip links

Generatorlar, Satış və Təmir Qiymətləri, Generator Ustası

Generatorlar elektrik olmayanda istifadə etmək üçün nəzərdə tutulmuş və çətin anlarda bizneslərə dayaq olan bir alətdir. Enerji həlli təklif edən bu alətlər müxtəlif yanacaq vasitələrini (əsasən benzin və dizel) elektrik enerjisinə çevirirlər, bununla da əsas elektrik cihazlarının işləməsinə imkan yaradırlar.

Bizneslər üçün isə, generatorlar problemlərin qarşısını almaq üçün mütləqdir. İşıq kəsiləcəkmi, kəsildikdən nə qədər sonra geri gələcək bunu bilmək demək olar qeyri-mümkündür, bu arada sizə dəyən ziyanı isə heç kim geri qaytarmayacaq. Bu səbəbdən generator işlətmək bizneslərin bir növ sığortasıdır

Generatorların Növləri

Elektriklər kəsilən zaman sizə problem yaranmaması üçün istifadə edəcəyiniz generatorun bəzi texniki göstəricilərini, xüsusilə də növünü bilmək vacibdir:

  1. Quraşdırılan Generatorlar
    Bu generatorlar daimi olaraq bir yerə bərkidilirlər və elektrik kəsilən zaman avtomatik olaraq işə düşürlər. Xüsusilə də böyük ərazi tutan bizneslər üçün istifadəsi tövsiyə olunur.
  2. Daşınabilən Generatorlar
    Bunlar ölçü olaraq kiçik və rahat daşınıla bilən olurlar. Qısamüddətli elektrik kəsintiləri üçün idealdırlar. Mərkəzi yerlərdən nisbətən uzaq yerlərdə və ya daimi səyahətdə olan bizneslər üçün istifadəsi tövsiyə edilir.
  3. İnverter Generatorlar
    Keyfiyyətlərinə və sakit işləmələrinə görə tanınırlar, əsasən elektrik gərginliyinə qarşı həssas olan və aşağı elektrik enerjisi tələb edən bizneslərdə (əsasən ofislər) istifadəsi tövsiyə olunur.
  4. Dizel Generatorları
    Uzunömürlülüyünə və yanacaq sərfiyyatına görə seçilirlər. Tez-tez elektrik kəsintiləri yaşayan bizneslər üçün tövsiyə olunur.
  5. Benzin Generatorları
    Xərcləri aşağıdır və tapması rahatdır. Bu tip generatorlar əsasən daşınabilən olurlar və qısamüddətli kəsintilərdə istifadə edilirlər.

Generator bizneslərdə nə üçün vacibdir?

Generatorlar sadəcə bizneslərin bir-iki saatlıq işini davam etdirməsi üçün deyillər. Xəstəxanalar, zavodlar, soyuducular kimi zəruri iaşə obyektlərində elektrikin qısa bir müddət olmaması böyük fəlakətdir. Ancaq kiçik bizneslər üçün də bu böyük itkilərə səbəb ola bilər. Bir marketdə soyuducunun bir neçə saat işləməməsi məhsulların xarab olmasına və bir neçə min manat zərərə səbəb ola bilər.

Bu da o deməkdir ki, generator həm işlərinizi davam etdirməyə, həm də gözlənilməz xərclərdən qorunmağa dəstək olur.

Generator seçimi və qiymətləri

Biznesiniz üçün düzgün generatoru seçərkən öz şəraitinizə nəzər yetirməlisiniz. Yuxarıda daşınabilən və quraşdırılan generatorlardan bəhs etmişdik. İndi isə hansı faktorlar əsasında generator seçimi etməli olduğunuzu və onların qiymətlərindən danışacağıq.

Biznesinizin üçün generator seçərkən nələrə fikir vermək lazımdır?

  1. Elektrik istehsalına baxın
    Elektrik kəsintisi yaşanarsa, nə qədər elektrik enerjisinə ehtiyacınız olduğunu hesablayın. Bu hesablamaya işıqlandırma, əsas elektrikli cihazlar, havalandırma sistemi və digər alətlər daxildir. Kiçik bir enerji auditi generatorunuza düşəcək yükü və tələb olunan istehsal göstəricisini tapmağa kömək edə bilər.
  2. Generator növlərini və ölçülərini nəzərə alın
    Yuxarıda qeyd etdiyimiz növlərdən hansının sizə lazım olduğuna qərar verin, daha sonra isə quraşdıra (və ya saxlaya) biləcəyiniz yerə baxın. Bəzən çox böyük generator almaq sonradan dar ərazilərdə işləyəcəyi üçün səs kirliliyi və həddən artıq isinmə kimi problemlər yarada bilər.
  3. Generatorun quraşdırılma xərcini maraqlanın
    Quraşdırılan əraziyə və mürəkkəbliyə görə quraşdırma xərci artıb-azala bilər. Mümkündürsə, seçim edərkən generator ustası ilə əraziyə baxış keçirin və aləti almağa onunla birlikdə gedin..

Dizel və Benzin generatorlar arasındakı fərqlər

Generator seçimi edərkən etməli olduğunuz bir digər seçim isə yanacaq növləridir:

Dizel generatorları uzunömürlüdür və daha az yanacaq sərf edir. Lakin onların ilkin xərcləri daha yüksəkdir və əsasən quraşdırılan modellərdə rast gəlinir. Daha çox tüstü yayırlar və işləyərkən daha kəskin qoxu yayırlar. Geniş və açıq ərazidə quraşdırılması məsləhət görülür. Daha çox şadlıq sarayları, supermarketlər kimi böyük bizneslər üçün tövsiyə edilir.

Benzin generatorları ilkin olaraq daha az xərc tələb edirlər və işləyərkən daha az səs salır, ətrafa daha az tüstü buraxırlar. Ancaq onların yanacaq sərfiyyatı yüksəkdir və tez-tez elektrik kəsintisi ilə qarşılaşsanız xərciniz gözləmədiyiniz qədər arta bilər. Daha çox kiçik marketlər, sexlər və orta ölçülü ofislərdə istifadəsi tövsiyə olunur.

Ən yaxşı generator firmaları və onları fərqləndirən xüsusiyyətlər

Generac, Honda, və Cummins kimi tanınmış brendlər uzunömürlü, yüksək keyfiyyətli və istifadəsi asan modellər təqdim edirlər. Onların arasında seçim edərkən aşağıdakı xüsusiyyətlər əsasında qərar verə bilərsiniz.

Səs səviyyəsi: Ev ofisi və ya xidmət göstərən bir ofisiniz varsa, kiçik ölçülü və sakit generatorlardan istifadə etmək işinizin daha rahat olmasına imkan verir.

Yanacaq sərfiyyatı: Ümumi xərclərinizi azaltmaq üçün yanacaqdan ən az istifadə edən və ya istədiyiniz enerji səviyyəsini daha az yanacaq istifadəsi ilə təklif edən modellərə nəzər yetirin.

Generator qiymətləri

Bir çox xidmət təklif edən ofis biznesləri üçün kiçik generatorlar kifayətdir və onların qiymətləri işlənmişlər üçün 300-400 manat, yeniləri üçün isə 700-1500 manat arasında dəyişir.

Dizel generatorları olaraq tanınan quraşdırılan generatorlar isə göstəricilərindən və xüsusiyyətlərindən asılı olaraq 10,000 manat və daha baha ola bilirlər.

Generator təmiri və usta xərcləri

Generatorlar digər elektrikli alətlərə nisbətdə daha uzunömürlü olsalar da, bəzən onların da təmirə ehtiyacı ola bilir. Əgər böyük generator almısınızsa, onların quraşdırılması çox zaman qiymətə daxil olur, lakin bəzən onlar da ayrıca tələb edilə bilər.

Bir generatoru təmir etməyin xərci nə qədərdir?

Təmir xərcləri modeldən, ehtiyat hissələrinin mövcudluğundaun və problemin ağırlığından asılıdır. Ən çox təsir edən amillər isə aşağıdakı kimidir:

  • Kiçik ölçülü generatorların təmir xərcləri: Şamlar və alışqanlar kimi kiçik hissələrin təmiri ən çoxu 50 manata qədər artır, daha böyük problemlər isə generatorunun tamamilə dəyişməsinə və ya ən azından 150-200 manat xərc çıxmasına səbəb ola bilər.
  • Dizer generator təmirləri: Dizel generatorlarında problem çıxarsa, təkcə ustaların baxış keçirməsi qiymətləri belə 50-100 manatdan başlayır. Ümumi təmir xərcləri isə 500-600 manatdan 2-3 min manata qədər dəyişə bilər Bu xərclər modelin ilindən, ehtiyat hissələrindən və generatorun nasaz vəziyyətdə nə qədər uzun müddət işlədiyindən asılıdır.

To manage expenses, consider sourcing affordable generator parts from trusted vendors and verifying warranty coverage for potential cost savings.

Əsas problemlər və həlləri

İşə düşmə problemləri:

  • Səbəblər: Xarab olmuş batareyalar, yağ səviyyəsinin aşağı olması və ya yanacaq xətlərinin dolması.
  • Həll yolu: Batareyanı yoxlayın, yağ bitibsə yenilən və yanacaq xətlərini bez və ya başqa alətlə təmizləyin.

Qeyri-sabit enerji istehsalı

  • Səbəblər: Sıradan çıxmış detallar və ya generatora düşən güc.
  • Həll yolu: Sıradan çıxmış və ya problemli detalları yeniləyin və generatorun həddən artıq yük altında olub-olmadığını yoxlayın.

Həddən artıq isinmə

  • Səbəblər: Tutulmuş borular və ya soyuducu mayenin azalması.
  • Həll yolu: Borulardan zibilləri təmizləyin və soyuducu maye əlavə edin.

Təbii ki, bunlar ümumi generator problemləridir və daha texniki problemlər üçün istehsalçı kitabçasına və ya generator ustasına müraciət edin.

Generatorun uzunömürlü olması üçün nə etmək lazımdır?

Generatorun problemlərini azaltmaq və ömrünü artırmaq üçün ona mütəmadi qayğı göstərmək lazımdır. Generatorlar ən az problem yaradan alətlərdən olsa da, bəzən onlarda da problemlər yarana bilir. Bu problemlərin qarşısını almaq üçün aşağıdakı qaydalara əməl edin:

  • Mütəmadi olaraq yoxlayın və təmizləyin: Həddən artıq köhnəlmiş, xarab olmuş detallara nəzarət edin, hava filterlərini və tutulmaları mütləq təmizləyin.
  • İstehsalçının tövsiyə etdiyi yoxlanışları edin: İstehsalçının kitabçasında qeyd etdiyi yağ dəyişikliklərini, batareya yoxlamalarını və stress-testləri mütəmadi olaraq təkrarlayın.
  • Təhlükəsizlik yoxlaması: İldə 1 dəfə və ya 6 aydan bir generator təhlükəsizlik siyahısına baxın və problemlərin olmadığına əmin olun.

Unutmayın ki, generatorlara mütəmadi qayğı göstərmək, vaxt ayırmaq və az da olsa xərc çəkmək gələcəkdə sizi daha böyük xərclərdən və problemlərdən azad edə bilər.

Leave a comment

jQuery(document).ready(function($) { $(".liquid-product").click(function() { $(this).toggleClass("liquid-product-fullscreen active"); }); });