Enerjiyə qənaət edən ofis işıqlandırması həm xərcləri azaltmağa, həm də ofisinizə xüsusi aura qatmağa kömək edir. Düzgün işıqlandırma həm də işçilərin məhsuldarlığını artırmağa ciddi təsir edir.
Ofisinizə nə üçün qənəatcil işıqlandırma sistemi quraşdırmalısınız?
Enerji səmərəli işıqlandırma hər bir ofis üçün bir çox üstünlük gətirir. İlk növbədə, bu, enerji xərclərini əhəmiyyətli dərəcədə azaldaraq uzun müddətdə böyük qənaət təmin edir. İstər kiçik biznes sahibi olun, istərsə də böyük bir korporativ ofisi idarə edin, səmərəli işıqlandırmaya keçid həm maliyyə üstünlükləri olan, həm də işçi məhsuldarlığına təsir edən bir addımdır..
Enerjiyə qənaət edən işıqlandırmanın əsas üstünlükləri
Xərclərə qənaət
Enerji səmərəli işıqlandırmanın ən cəlbedici üstünlüklərindən biri xərclərə qənaətdir. Bu işıqlandırma həlləri daha az enerji sərf edir ki, bu da birbaşa olaraq aşağı enerji ödənişlərinə çevrilir. Enerji səmərəli lampalar və sistemlərlə müəssisələr elektrik xərclərini azaltmaqla, digər vacib sahələrə resurs ayıra bilərlər. Bu maliyyə üstünlüyü dərhal hiss olunur və işıqlandırma sistemlərinin ömrü boyunca davam edir.
Məsələn, ABŞ Enerji Departamentinin məlumatlarına görə, LED işıqları adi lampalara nisbətən təxminən 75%-ə qədər daha az enerji sərf edir və onların ömrü 25 qat daha uzundur. Beləliklə, müəssisələr enerji səmərəli işıqlandırmaya keçid etdikdə, yalnız xərclərə qənaət etməklə qalmır, həm də uzunmüddətli istifadədə daha səmərəli və dayanıqlı bir seçim əldə edirlər. Bu da, hər il enerji ödənişlərinin xeyli azalması deməkdir.
Ətraf mühitə təsir
Enerji səmərəli ofis işıqlandırması karbon emissiyalarını azaltmağa da kömək edir. Bu sistemlər ənənəvi işıqlandırma variantlarına nisbətən daha az enerji istifadə edir və daha az istixana qazı buraxır. Bu ekoloji sağlam yanaşma şirkətlərin ətraf mühitə müsbət töhfə verməsinə kömək edir.
Əlavə məhsuldarlıq
Düzgün işıqlandırma işçilərin məhsuldarlığına da ciddi təsir edir. Bu növ işıqlar göz yorğunluğunu və gərginliyi aradan qaldırır. İşıqlandırma keyfiyyətində bu artış rahat iş mühiti yaratmağa kömək edir, işçilərin əhval-ruhiyyəsini və effektivliyini artırır.
Yaxşı işıqlandırılmış ofis yalnız daha gözəl görünməklə qalmır, həm də orada işləyən hər kəs üçün daha rahat hiss edilir.
Enerjiyə qənaət edən işıqlandırma növləri
İşıqlandırmada enerjiyə qənaət etmək istəyirsinizsə, nəzərə almalı olduğunuz bir neçə məqam var.
LED işıqlandırma
LED işıqlar ən populyar işıqlandırma növlərindən biridir. Onlar ənənəvi lampalardan 75%-ə qədər daha az enerji sərf edir və xeyli uzun ömürlüdür. LED-lər parlaq, aydın işıq təmin edir ki, bu da aydınlığın vacib olduğu ofis məkanları üçün ideal seçimdir.
Floresan işıqlandırma
Müasir floresan lampalar köhnə versiyalara nisbətən daha enerji səmərəlidir. Onlar daha az enerji sərf edərək yaxşı işıq keyfiyyəti təmin edir və ənənəvi lampalardan daha uzun ömürlüdür. Onların iqtisadi səmərəliliyi onları böyük ofis məkanları üçün uyğun edir.
Ağıllı işıqlandırma sistemləri
Ağıllı işıqlandırma sistemləri uzaqdan idarə oluna bilir və işıq səviyyəsinə, həmçinin də günün saatına uyğun proqramlaşdırıla bilinir. Bu işıqlar gün çıxarkən intensivliyi azaldıb, axşamlar və ya insanlar çox olan zaman intensivliyi artıra bilərlər. Bu sistemlər yalnız lazım olan yerdə və vaxtda işıq təmin edərək enerjidən istifadəni optimallaşdırır və maksimum səmərəliliyi təmin edir.
Gündüz işıqlandırması
Gündüz işıqlandırması ofis məkanlarını işıqlandırmaq üçün təbii işıqdan istifadə edir. Pəncərələrin və işığı əks etdirən səthlərin strateji yerləşdirilməsi ilə ofislər süni işıqdan asılılığı azaldır, bu da həm enerji qənaətini, həm də iş mühitinin ab-havasını yaxşılaşdırır.
Spot işıqlar
Bir çox müasir ofislərdə istifadə edilən spot işıqlar şüanı bir nöqtəyə cəmləyərək estetik görüntü yaradır. Xüsusi hissələri hədəfləyən bu işıqlar ümumi işıqlandırmaya olan ehtiyacı və elektrik xərclərini azaldır.
Ofisdə qənaətcil işıqlandırma sisteminə keçid edə olmalıdır?
İşıqlandırmada elektrik enerjisinə qənaət etmək istəyirsinizsə, bu mərhələlərdən keçməlisiniz.
Yeni bir sistemə ehtiyacınız olub-olmadığını müəyyənləşdirin
Əgər keçəcəyiniz ofisdə yeniləmənin xərci həddən artıq çox olacaqsa və ya orada uzun müddət qalmayacaqsınızsa, yeniləmə etməyə dəyməz. Yeniləməyə qərar vermisinizsə, ilk növbədə hazırki işıq ehtiyacınızı ölçün, bütün işıq sistemlərinizə nəzər yetirin və nələri dəyişəcəyinizə qərar verin.
Düzgün işıqlandırmanı seçin
Apardığınız yoxlama əsasında ən uyğun variantı seçin. Ofisiniz üçün ən uyğun işıqlandırma LED işıqlar, floresan işıqlar və ya spot işıqlar ola bilər. Lakin seçim edərkən otağın ölçüsünü, işçilərin harada oturacağını, işıqlandırmanın nə qədər istifadəyə rahat olduğunu nəzərdən keçirin. Hətta ciddi ehtiyac olmadığı müddətcə köhnə işıqlandırma sistemlərindən istifadə etməyə və ya onları başqa otaqlara keçirməyə çalışın.
Əvəzləmə və yeniləmələr
Mövcud sistemləri LED lampalarla və ya digər seçiminizlə əvəz etməyə başlayın. Bu mərhələdə siz lampaları dəyişməli, smart işıqlandırma sistemləri quraşdırmalı, bəzən dreldən istifadə etməli ola bilərsiniz.
İşçilərə məlumat verin
İşıqlandırma sistemləri nə qədər qənaətcil olsa da, ən ideal üsul istifadəni azaltmaqdır. Mümkün olduqda işıqları söndürün, təbii gün işığından faydalanın. İşçilərə bu məsələlərdə məlumat verin və onların da iştirakına şərait yaradın.
LED və enerjiyə qənaət edən digər işıqlar haqqında miflər
Ofisdə işıqlandırmanı yeniliyərkən bu mifləri 100% ki eşidəcəksiniz. Burada əsas məsələ doğruları ayırd edə bilməkdir. Gəlin bəzi miflərə nəzər yetirək:
Yüksək ilkin xərclər
LED lampalarla bağlı ilk düşüncə onların xərcinin çox yüksək olmasıdır. Əslində isə ömrünə və digər faktorlara baxdıqda LED lampalar çox qısa müddətdə öz xərclərini qarşılayırlar. Spot işıqlar da həmçinin, düşünüldüyü qədər bahalı deyillər. Lakin qeyd etmək lazımdır ki, spot işıqlar dizayndan asılı olaraq qiymətlər çox böyük fərqliliklər göstərə bilir.
Yetərsiz işıq intensivliyi
Bir çox insan düşünür ki LED lampalar kifayət qədər parlaq deyil. Ancaq reallıq tam tərsidir. LED işıqlar ənənəvi işıqlardan daha parlaq işıq saçırlar və onlar daha uzunömürlü olurlar. Bu mifin əsas yayılma səbəbi isə sarı işıqla ağ işığın arasındakı fərqlərdir.
Çətin quraşdırma
Bir çox insan enerji səmərəli işıqlandırmanın quraşdırılmasının çətin olduğunu düşünür. Lakin müasir sistemlərin əksəriyyəti minimal müdaxilə və asan inteqrasiya üçün hazırlanmışdır və peşəkar xidmətlər bu prosesi daha da sadələşdirə bilər.
Enerji Səmərəli İşıqlandırmanın Ofis Rifahına Təsiri
Enerji səmərəli ofis işıqlandırması ümumi ofis rifahının artırılmasında mühüm rol oynayır. İşıqlandırma işçilərin əhval-ruhiyyəsinə, rahatlığına və sağlamlığına təsir edir. Yaxşı işıqlandırma göz yorğunluğunu və baş ağrısını azaldaraq daha sağlam iş mühiti yaradır. Təbii işıq və ya onun keyfiyyətlərini təqlid edən işıqlandırma həlləri əhval-ruhiyyəni və enerji səviyyələrini artıraraq işçilərin rifahını və məhsuldarlığını artırır.
Ofis dizaynınıza enerji səmərəli işıqlandırma həllərini daxil etmək yalnız xərcləri və enerjini qənaət etmək deyil, həm də dəstəkçi və canlı iş mühiti yaratmağa kömək edir. Səmərəliliyə və rifaha önəm verərək, müəssisələr işçilərin inkişaf etdiyi və müvəffəqiyyət qazandığı məkanlar yarada bilərlər. Davamlı və işçi dostu təcrübələrə fokuslanmaq şirkətinizi həm innovasiya, həm də ətraf mühit və insanlara qayğı sahəsində lider kimi mövqeləndirir.